Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.04.2021  12:08 

Ermənistanda sərxoş sürücü 6 hərbçini vurdu





A+  A-

Ermənistanın Kotayk bölgəsində içkili sürücünün piyadaları vurması ilə nəticələnən qəzada 2 nəfər həlak olub, daha 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Shamshyan.com” kriminal xəbər saytı məlumat verib. Ölən və yaralananların hərbçilər olduğu bildirilir.

Hadisə aprelin 15-nə keçən gecə, saat 01:00 radələrində Tiqranadzor magistral yolunda baş verib. Qəzanı törədən sürücü 6 piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb.

Yaralı hərbçilər Abovyan tibb mərkəzinə aparılıb.

Sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. Kotayk bölgəsi sakini, 34 yaşlı K.M. saxlanılıb. Onun avtomobili idarə edərkən sərxoş olduğu müəyyən olunub.

Polis və istintaq şöbəsi ölən və yaralananların kimliyini araşdırır.

Mənbənin verdiyi məlumata görə, ölənlər və digər yaralılar Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər 3564 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +