Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.11.2020  09:18 

“Paşinyanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır” - Abramyan





A+  A-

General Movses Akopyanın ifşaları göstərir ki, Baş nazir Nikol Paşinyan nəinki təcili istefaya getməlidir, həm də onun cinayət məsuliyyətinə cəlb edilməsi prosesinə başlanılmalıdır.
XəzərNews.az “Panorama” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan bildirib.

Onun sözlərinə görə, mətbuat konfransından sonra bütün hüquqi sistemi Movses Akopyana qarşı yönəltməyə, ona qarşı qara piara başlamağa cəhd ediləcək, lakin təkzib edilməsi çətin olacaq məlumatlar təqdim olunub.

“Nikol, sualım sənədir: Anna Akopyan bu bunkerdə nə edirdi? Hansı statusda, hansı məqsədlə orada idi? Və nə üçün generalitetin komanda məntəqəsinə giriş qadağan edilmişdi?”, - Abramyan deyib.

Bundan əvvəl məlum olub ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağ separatçılarının hərbi qərargahında olub. Orada ona irad tutmağa çalışan Movses Akopyan daha sonra komandanlıqdan kənarlaşdırılıb və təcili olaraq Yeravana çağırılıb.

Xəbər 3625 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +