Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.11.2020  11:09 

Koronaviruslu qohumunu uşaqları ilə görüşdürən tibb işçisi saxlanıldı





A+  A-

Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.

Hal-hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.



Xəbər 3966 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +