Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.09.2020  11:05 

Qardaşın bacısını öldürməsi ilə bağlı rəsmi məlumat





A+  A-

Mingəçevir şəhər Prokurorluğu törədilən qətllə bağlı məlumat yayıb.
XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbər 3805 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +