Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.07.2020  18:24 

“Azərbaycanın yanında olmağa davam edəcəyik” - Hulusi Akar





A+  A-

"Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa davam edəcəyik".
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar həftəlik keçirilən videokonfransda deyib. Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət barədə danışan Akar Ermənistanın Tovuz istiqamətində başlatdığı təxribat xarakterli hücumları şiddətlə qınadıqlarını bildirib.

"Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa və qardaş Azərbaycan xalqına başsağlığı diləyirik. Dağlıq Qarabağı qanunsuz işğal edən və illərlə təcavüzkar olan Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanacağıq və "bir millət, iki dövlət" olaraq qəbul etdiyimiz azərbaycanlı qardaş və bacılarımıza dəstəyimizi davam etdirəcəyik",-deyə Akar çıxışında qeyd edib.

Xəbər 3510 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +