Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.07.2020  19:51 

Çeçenistanda toyların keçirilməsinə icazə verildi





A+  A-

Çeçenistan Respublikasında toy mərasimlərinin keçirilməsi üçün banket zallarının fəaliyyətinə bu gündən icazə verilib.
XəzərNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov Vkontakte hesabında açıqlama verib: "Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafə tədbirlərinə riayət etməklə toyların keçirilməsi üçün üçün banket zallarının açılmasını qərara aldım".

Onun sözlərinə görə, belə məkanlarda oturacaq və masaların sayı yarıya endirilməlidir. Bununla yanaşı məsul qurumlara fərdi qoruyucu vasitələrin geyilməsinə dair qaydalara əməl olunmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

"Xəstəlik yoxa çıxmayıb, təhlükə hələ də qalmaqdadır. Buna görə hər kəs özünü və yaxınlarını qorumaq üçün vətəndaş məsuliyyətini göstərməlidir",-deyə Kadırov qeyd edib.

Xatırladaq ki, Çeçenistanda koronavirusun yayılması səbəbilə aprel ayından etibarən kütləvi toy mərasimlərinin təşkili qadağan olunmuşdu.

Xəbər 3272 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +