Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.07.2020  15:21 

Ali Məhkəmə Aya Sofyanın məscidə çevrilməsinə icazə verdi





A+  A-

Türkiyənin Ali Məhkəməsi İstanbulda yerləşən Aya Sofya məbədinin statusunun prezident sərəncamı ilə dəyişdirilə biləcəyi ilə bağlı qərar qəbul edib.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Məhkəmə hakimlərinin fikrincə, Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürkün 1934-cü ildə məbədə muzey statusu verilməsi ilə bağlı sərəncamı imzalamasına baxmayaraq, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu statusun dəyişdirilməsi və ya saxlanılması barədə qərar vermək hüququna sahibdir.

Bundan əlavə, bildirilib ki, cümə axşamı məbədin gələcəyi ilə bağlı məsələyə Türkiyə Dövlət Şurası da baxıb. “CNN”in məlumatına görə, məsələ ilə bağlı dinləmələr cəmi 17 dəqiqə çəkib. Dövlət Şurasının rəsmi qərarı 15 gün ərzində açıqlanacaq.

Türkiyə mətbuatında isə Aya Sofyanın 15 iyulda məscid kimi fəaliyyətə başlaya biləcəyinə dair xəbərlər dərc edilib.

Xatırladaq ki, Aya Sofya məbədinin gələcəyi haqqında müzakirələr 29 may tarixində, Konstantinopolun fəthinin ildönümündə Quran oxunmasından sonra başlayıb. Bir həftə sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan muzey məbədinin məscidə çevrilməsinin mümkünlüyünü araşdırmağı tapşırıb.



Xəbər 3305 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +