Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.06.2020  13:42 

Pentaqonun gələn il üçün büdcəsi açıqlandı





A+  A-

ABŞ-ın gələn il üçün hərbi büdcəsi 732 milyard ABŞ dolları olacaq. Bu Vaşinqton rəhbərliyinin cari ilin fevral ayında tələb etdiyi rəqəmlərdən 8,5 milyard ABŞ dolları azdır.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ-ın növbəti maliyyə ili üçün Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit (Demokrat, Vaşinqton ştatından) tərəfindən hazırlanan büdcə layihəsində deyilir.

Xüsusilə, demokrat xaricdəki əməliyyatlar üçün 69 milyard ABŞ dolları ayırmağı təklif edib.

Müdafiə büdcəsi layihəsində pandemiyaya hazırlıq və ona qarşı çevik reaksiya vermək imkanlarını artırmaq üçün Milli Təhlükəsizlik Fondunun yaradılması və onun işinə 1 milyard ABŞ dolları ayrılması təklif olunub.

Smit elmi və texniki sektoru maliyyələşdirmək üçün təxminən 600 milyon ABŞ dolları ayırmağı təklif edib. Xüsusilə, 50 milyon ABŞ dollarından çox vəsait biotexnologiyaya yönləndiriləcək.

3,58 milyard ABŞ dolları Hindistan və Sakit Okeanlarında ABŞ qüvvələrinin gücləndirilməsi üçün nəzərdə tutulur. Büdcədən 3,5 milyard ABŞ dollarını isə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri alacaq.

Xəbər 2998 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +