Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.06.2020  11:37 

Ermənistanda koronavirus xəstələrinin sayı 24,6 mini ötdü





A+  A-

Ermənistanda son sutkada COVID-190-a 736 yeni yoluxma qeydə alınıb.
Bu barədə XəzərNews.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 24 645 nəfərə çatıb.

Qeyd edilir ki, son sutkada daha 6 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 427 nəfərə çatıb.

Eyni zamanda virusa yoluxmuş 13 116 nəfər sağalıb. Son sutkada sağalanların sayı ilə bağlı göstərici 205 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər 2995 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +