Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.02.2020  16:45 

Sabahkı seçkiyə bu qədər namizəd gedir





A+  A-

Sabahkı növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 2431 nəfər Dairə Seçki Komissiyalarına müraciət edib. 2431 nəfərdən 1637 nəfərin namizədliyi qeydə alınıb.
MSK-dan XəzərNews.az-a verilən məlumata görə, onlardan 321 nəfər namizədliyini geri götürüb. İki nəfərin namizədliyi isə Mərkəzi Seçki Komissiyasının qərarı əsasında ləğv edilib. Beləliklə, dünənki iclasda namizədliyi ləğv edilən şəxs də daxil olmaqla, hazırda deputat mandatı uğrunda mübarizə aparan namizədlərin sayı 1314 nəfərdir.

Xatırladaq ki, təşviqat mərhələsi dövründə iki nəfərin namizədliyi ikili vətəndaşlıq olması faktına görə MSK tərəfindən ləğv edilib. Onlardan biri, sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovdur. O, namizədliyini 46 saylı Şirvan seçki dairəsindən irəli sürmüşdü.

Digər şəxsin namizədliyi isə MSK-nın dünən keçirilən iclasında ləğv edilib. Həmin şəxs 86 saylı İsmayıllı seçki dairəsindən namizədliyi irəli sürülən Məzahir Şahvələdovdur.

Xəbər 3741 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +