Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.10.2019  14:23 

UEFA-dan azərbaycanlı hakimlərə yeni təyinat





A+  A-

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
XəzərNews.az xəbər verir ki, o, Farer adalarının öz meydanında Rumıniya ilə qarşılaşacağı matçı idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

F qrupunda keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də olacaq.

Digər FİFA referimiz Rauf Cabbarov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının oyununa təyinat alıb. O, Estoniya və Latviya yığmaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Estoniya – Latviya matçı oktyabrın 11-də keçiriləcək.

Xəbər 3314 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +