Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.09.2019  10:43 

Bu gün “Qarabağ” və “Neftçi” qarşılaşacaq





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü baş tutacaq.
XəzərNews.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Keşlə” “Səbail”i qəbul edəcək. Matç “Bakcell Arena”da olacaq. İlk 3 turdan 6 xal toplayan rəqiblər turnir cədvəlində qonşudurlar. “Keşlə” 3-cü, “Səbail” 4-cü sıradadır.

Turun son oyunu çempionluğa 2 əsas namizəd – “Qarabağ” və “Neftçi” arasında olacaq. Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.

Milli çempionatların daimi iştirakçısı olan “Qarabağ” və “Neftçi” indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar 3 xal əldə ediblər.Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib.

Premyer Liqa

IV tur

15 sentyabr (bazar)

18:00. “Keşlə” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bakcell Arena”

20:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər 3299 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +