Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.02.2019  11:03 

Antibiotikdən ölən uşaqla bağlı prokurorluqdan açıqlama





A+  A-

Şabran rayonunda 7 yaşlı uşağın ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Rayon Prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, 2011-ci il təvəllüdlü Gülnur Dadaşovanın Şabran Rayon Mərkəzi Xəstəxanasının həkimi tərəfindən antibiotik vurulduqdan sonra fevralın 26-da ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri görülüb, məhkəmə tibb ekspertizası təyin edilib. İlkin şahid ifadələri alınıb, istintaq davam etdirilir.

Qeyd edək ki, G.Dadaşovanın əmisi Elman Dadaşovun sözlərinə görə, uşağın boğazı ağrıyıb və qızdırmalı olub: “Uşaq həkimi İradə Həmidova tərəfindən antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb və koma vəziyyətinə düşüb”.

Xəbər 3033 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +