Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.03.2018  09:56 

Millimiz Makedoniyaya qarşı oynayacaq





A+  A-

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq.
XəzərNews.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada Makedoniya ilə qarşılaşacaq.

Xatırladaq ki, yığmamız bu rəqiblə indiyə qədər 6 dəfə qarşılaşıb. Bu oyunlarda qələbəyə həsrət qalan komandamız 5 məğlubiyyətə üzülübsə, cəmi 1 dəfə heç-heçə ilə təsəlli tapıb. Bu oyunda isə futbolçularımız ilk dəfə makedonlara qalib gəlməyə çalışacaqlar.

Bu görüş millimiz üçün daha bir tarixi hadisə ilə əlamətdar olacaq. Belə ki, “Mardan” stadionunda keçiriləcək görüşdə videotəkrar sistemindən istifadə olunacaq ki, bu da millimizin tarixində ilkdi.

Yoldaşlıq oyunu
27 mart

20:00. Azərbaycan – Makedoniya
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (hamısı Türkiyə).
Antalya. “Mardan” stadionu.

Xəbər 3013 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +