Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.03.2018  11:27 

Heydər Əliyev adına aeroport “Ən yaxşılar” arasında





A+  A-

Heydər Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə siyahıda 65-ci yer tutub. Siyahıya 6-ci il ardıcıl olaraq Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı başçılıq edir.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı seçilib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı hər il 5 milyona qədər sərnişinə xidmət göstərən hava limanları arasında 3-cü yerdə qərarlaşıb. Bu siyahıya London-Siti başçılıq edir.

Hava limanlarının ən yaxşı terminalları üzrə reytinqdə isə Heydər Əliyev Beynəlxalq Hava Limanı 10-cu yerə layiq görülüb.

Qeyd edək ki, reytinq 550 hava limanında 100-dən çox milliyətə mənsub 13,73 milyon sərnişinin sorğusu üzərində hazırlanıb. Sərnişinlər hava limanlarını 39 xüsusiyət üzrə qiymətləndirib.

Xəbər 3208 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +