Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.12.2017  13:39 

AFFA-dan növbəti ömürlük cəza





A+  A-

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AFFA-dan XəzərNews.az-a verilən məlumata görə, iclasda danışılmış oyunlarda iştirak etməkdə ittiham olunan “Keşlə” klubunun keçmiş əməkdaşı Ağakişi Mehdizadə barədə qərar çıxarılıb.
“İnter” (hazırkı “Keşlə” klubu) və “Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi”nin AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilir.
Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, "Keşlə"nin iki futbolçusu - Nizami Hacıyev və Mirhüseyn Seyidov da danışılmış oyunlarda iştirakda ittiham olunaraq futboldan ömürlük uzaqlaşdırılıb.

Xəbər 3344 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +