Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.10.2017  08:43 

Baş leytenant Avropa birincisi olub





A+  A-

Rumıniyanın Buxarest şəhərində Kempo üzrə 10-cu Avropa birinciliyi və çempionatı keçirilib.
XəzərNews.az xəbər verir ki, oktyabrın 24-dən 29-dək davam edən çempionatda 22 ölkədən 600-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışda 8 nəfər heyyətlə vətənimizi Azərbaycan Kempo Federasiyasının idmançıları Beynəlxalq Kempo Federasiyanın rəsmi nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə təmsil ediblər. Üç gün davam edən yarışda idmançılar Kempo Submişn Gi, Kempo Full, Kempo Semi versiyaları üzrə mübarizə aparıblar. Nəticələrə görə, Kempo Full üzrə görüşlərdə Quliyev Valeh İltifat oğlu +95 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

Kempo Semi üzrə -95 kq çəki dərəcəsində Vüsal Qəhrəman oğlu Qələndərov ikinci yerə layiq görülüb. Kempo Semi üzrə 75 kq çəki dərəcəsində Hüseynov Nicat ikinci yerə, Kempo Semi üzrə 70 kq çəki dərəcəsində Hüseynov Şəmsi Əmir oğlu üçüncü yerə, Kempo Submişn üzrə isə iki idmançımız - Məmmədzadə Xəyal Novruz oğlu 75 kq çəki dərəcəsində və Ələkbərov Mahir Nizami oğlu 65 kq çəki dərəcəsində üçüncü yerə layiq görülüblər.

Ümumilikdə, 22 ölkə arasında Azərbaycan komandası xal hesabı ilə bu yarışda 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, Vüsal Qələndərov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı bölməsinin inspektoru, polis baş leytenantıdır. O, Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Qəhrəman Qələndərovun oğludur.

Xəbər 3097 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +