Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.06.2017  19:48 

Azərbaycan Qran-prisinin vaxtı dəyişdirildi





A+  A-

Bakıda keçiriləcək növbəti “Formula-1” yarışı ərəfəsində yeni ilin cədvəli açıqlanıb.
XəzərNews.az apasport-a istinadən xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018-ci ildə “Formula-1” üzrə dünya çempionatının təqvimi təsdiqlənib.

Təqvimin 4-cü yarışı Azərbaycan Qran-prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da gələn il ilk 2 ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl 2 il “F1”ə iyunda ev sahibliyi edən ölkəmiz yeni ildə turniri apreldə keçirəcək. Bakı Şəhər Halqası (BŞH) yarışı aprel 27-29-da təşkil edəcək.

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər də var. 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış – 21 Qran-prinin keçiriləcəyi gözlənilir.

“Formula-1”in rəhbəri Çeyz Keri təqviminin ilkin variantının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib ki, təşkilatçılarının hazırlıq üçün vaxtlarının daha çox olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirlər:

“FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik. Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və ən vacib tərəfdaşımız olan “Formula-1” həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün “Formula-1” ailəsi bundan faydalana biləcək”.



Xəbər 2971 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +