Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.06.2017  10:43 

Millimizin üzvü azarkeşlərdən üzr istədi





A+  A-

“Əlbəttə, “Volın”la matçı başa çatdırmaq istərdik, ancaq bütün komanda azarkeşlərini başa düşür. "Dnepr" elə-belə klub deyildi, onların həyatının bir hissəsi idi”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Azərbaycan U-21 yığmasının futbolçusu Dmitri Nağıyev bildirib.

Gənc müdafiəçinin çıxış etdiyi “Dnepr”in Ukrayna Premyer Liqasının son turunda “Volın”la ev qarşılaşması 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Buna səbəb yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması olub. Nağıyev komandasının I liqaya düşdüyünü nəzərə alsaq, azarkeşlərin bu hərəkətini anlayır: "Xoşdu ki, oyuna bu qədər çox adam gəlmişdi.

Yəqin ki, bu, cari mövsümdə ev matçlarımız üçün rekord sayda tamaşaçı idi. Dolu tribunalar qarşısında oynamaq, onlara sevinc bəxş etmək həmişə xoşdu. Bu, necə alınır, o, artıq başqa məsələdi. Ancaq biz çalışdıq, meydanda vuruşduq...Nə demək olar, azarkeşlərlə emosional ayrılıq alındı. Onlara minnətdarlıq etmək, onlarda üzr istəmək istərdim. Ancaq..."Dnepr"dəki tarixin bu səhifəsi vərəqlənir. Bizə deyirlər ki, hər şey yaxşı olacaq. Buna inanmaq istərdim".
Nağıyev gələcəklə bağlı qəti fikir söyləyə bilmir: "Bundan sonra necə olacaq? Müəyyən qərar verir, ancaq hələ onu deyə bilmirəm. Məzuniyyət müddətində hər şey tam aydınlaşacaq. Klub rəhbərliyi ilə, Andrey Rusol, Andrey Stetsenko ilə əlaqədə olacağam. Komanda istirahətdən qayıdandan sonra onun heyəti və bundan sonra necə olacağını biləcəksiniz".

Xəbər 2994 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +