Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri


30.10.2025  18:52 

İdman geyimində muğam oxuyan xanəndəni tənqid etdi -FOTO





A+  A-

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib.

XəzərNews.az Axşam.az-a istinadla xəbər verir ki, xanəndə "Gün ortası" verilişində muğam ifaçılarının idman tərzində geyinməsinin düzgün olmadığını söyləyib:

"Biz tələbələrlə danışanda deyirik ki, xanəndə necə geyinməlidir? Xanəndə idman ayaqqabısında oxuya bilməz. Bunu qəbul edə bilmərik. Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik".

Aparıcı Zümrüd Bədəlovanın "Bir xanəndə idman geyimində muğam oxumuşdu. Onu tənqid etdilər" sözlərini deyib. O, həmin xanəndənin Pərviz Qasımov olduğunu söyləyib.

B.Niftəliyev isə "Eyibdir. Özünə hörmət etmirsə, heç olmasa muğama etsin. Xan Şuşinksi, Arif Babayev kimi nəhəngimiz olub. Bizim Alim Qasımov, Mənsum İbrahimovuzum var. Baxsın görsün necə geyinirlər, çıxış edirlər. Olmaz" sözlərini əlavə edib.

Qeyd edək ki, P.Qasımov bir müddət əvvəl məclisdə idman geyimində muğam oxuduğu üçün tənqid edilmişdi.



Xəbər 2017 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +