Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.10.2025  17:09 

15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirin - Cəzası ağırlaşdırıldı





A+  A-

Naxçıvanda tiktokda tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər edən gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilmişdi.

XəzərNews.az “Qafqazinfo”ya istnadla xəbər verir ki, Naxçıvan Ali Məhkəməsi iki ay əvvəl verilmiş həmin hökmü dəyişib.

Məhkəmə zərərçəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib. Hakimlər birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndirib.

Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb.

Qeyd edək ki, S.Pənahova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiya həddində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Xəbər 2778 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +