Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri


17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı





A+  A-


"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

XəzərNews.az xəbər verir ki, Azərbaycan çempionu “Benfika” ilə qarşılaşacaq.

Portuqaliya təmsilçisi ilə görüş səfərdə baş tutacaq. Oyunu belçikalı hakimlər idarə edəcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur

16 sentyabr “Benfika” – “Qarabağ”

Baş hakim: Erik Lambrexts (Belçika).

“Da Luş” stadionu.

Saat 23:00
.

***

Komandaların start heyətləri açıqlanıb:

“Benfika”: 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k)

Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

***

Matç başladı.

6-cı dəqiqədə Barreneçeanın vurduğu qolla “Benfika” hesabı açır.

***

Pavlidis 16-cı dəqiqədə hesabı 2:0 edir.

***

30-cu dəqiqədə Leandro Andrade hesab arasındakı fərqi azaldır - 2:1.

***

Kamilo Duran 49-cu dəqiqədə hesabda tarazlıq yaradır - 2:2.

****

Aleksey Kaşuk, 87-ci dəqiqədə “Qarabağ”ın üçüncü qolunu vurur - 2:3

***

Qarşılaşma Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatdı.

Xəbər 2182 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +