Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri


15.09.2025  13:10 

“Kəpəz”dən növbəti məğlubiyyət





A+  A-

Azərbaycan Premyer Liqasının ilk 4 turu “Kəpəz”in xalsız qalması ilə əlamətdar olub.

XəzərNews.az xəbər verir ki, Gəncə klubu “Sumqayıt” (0:3), “Karvan-Yevlax” (2:3) və “Zirə”nin (0:5) ardınca “Araz-Naxçıvan”a da uduzub – 0:2.

PFL-in məlumatına görə, qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı 4 turda xal qazana bilmir. Ümumilikdə isə “Kəpəz” tarixində 4-cü dəfə belə halla üzləşib. 2012/13 və 2022/23 mövsümlərində də gəncəlilər uğursuz startla üzləşiblər.

Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk 4 görüşdə məğlub olub. “Kəpəz” dörd, “Bakı”, “Bakılı”, MOİK və “Şəfa” hərəyə iki, digər 16 komanda bir dəfə belə duruma düşüb. “Şirvan” (Kürdəmir), AZAL, “Ədliyyə”, “Gənclərbirliyi”, “Xəzər” (Sumqayıt), “Qarabağ”, “Qəbələ”, “Lokomotiv”, “Neftqaz”, “Pambıqçı” (Neftçala), “Şahdağ” (Quba), “Şahdağ” (Qusar), “Rəvan”, “Şamaxı”, “Şəmkir” və “Turan” bir belə start yaşayıb.

Xəbər 2229 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +