Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.09.2025  14:47 

Prezidentin sabiq mətbuat katibi vəfat etdi -FOTO





A+  A-

Prezidentin sabiq mətbuat katibi, jurnalist, siyasi icmalçı Rasim Ağayev vəfat edib.

XəzərNews.az xəbər verir ki, o, sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.

R.Ağayev uzun illər Azərbaycan Dövlət Radiosunun əməkdaşı, sonra rus dilində yayım redaksiyasının rəhbəri, “Novosti” mətbuat agentliyinin “Trud” qəzetinin xüsusi müxbiri olub, Liviya və Suriyada sovet jurnalisti kimi fəaliyyət göstərib.

1989-cu ildən R.Ağayev Azərbaycanın partiya və dövlət sistemində rəhbər vəzifələrdə çalışıb. O, Azərbaycan KP MK birinci katibinin köməkçisi, sonra isə MK-nın ideologiya şöbəsinin müdiri olub. 1992-ci ildə Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib.

Rasim Ağayev bu gün Buzovna qəbiristanlığında dəfn olunacaq.//Bakupost.az



Xəbər 5126 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +