Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.05.2025  12:11 

“Vizanı 25 gündən çoxdur gecikdirir“ - İraq vətəndaşı XİN-dən şikayət etdi





A+  A-

İraq vətəndaşı Aqeel Hamad Ali Azərbaycan Xarici İşlər Nazirliyindən şikayətçidir.

XəzərNews.az "Unikal"a istinadla xəbər verir ki, sözügedən şəxs turist kimi Azərbaycana səfər etmək istəyir. İddia edir ki, nazirlikdən onun işi 25 gündən çoxdur ki, gecikdirilir.

"Mən gözəl ölkənizə turist kimi səfər etmək istəyirəm. Buna görə də viza üçün müraciət etdim. Ərizəmi rəsmi "Gate Way" şirkəti vasitəsilə 25 gün əvvəl təqdim etmişəm və təqdim etdiyimi təsdiq edən rəsmi qəbz də var. “Gate Way” ilə əlaqə saxladığımda mənə bildirdilər ki, gecikmə səfirliklə bağlıdır. Bu arada, başqa şirkətdən keçərək müraciət edən şəxslər vizalarını cəmi 5 gün ərzində alırlar. Hörmətli Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, bu gecikməni araşdırsın və vizanın verilməsini sürətləndirsin ki, mən sizin gözəl ölkənizə turist kimi səfər edə bilim" deyə İraq vətəndaşı bildirib.

Qeyd edək ki, "Gate Way" şirkəti Xarici İşlər Nazirliyinin vəzifəli məmurlarından birinə məxsusdur.

Xəbər 2649 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +