Günah Sabir bəydədir...
29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO
İmamoğlu barədə şok iddialar ortaya çıxıb
Namizəd Səfərov saxlanıldı
Toydan qayıdanda avtobusda dalaşdılar
Satış anbarının fəaliyyəti dayandırılıb
Həbsdə olan güneyli vəkilin həyat yoldaşı saxlanılıb
Sabunçuda yaşayış evində partlayış -YENİLƏNİB
Səhiyyəmiz 33 yaşlı gənci belə “öldürdü“ - İTTİHAM
Kimlər evdən işləyə biləcək?


09.12.2025  18:06 

29 nömrəli marşrutda TƏHLÜKƏLİ ANLAR -VİDEO





A+  A-

Bakıda 29 nömrəli marşrut üzrə hərəkət edən avtobusda təhlükəli anlar yaşanıb. Sərnişin sıxlığı səbəbindən nəqliyyat vasitəsinin qapısının texniki detalı qopub və avtobus bir müddət qapısı açıq halda yoluna davam edib.

XəzərNews.az xəbər verir ki, bu barədə görüntüləri hadisə şahidi sərnişinlərdən biri Bakupost.az-a göndərib.

Şikayətçinin sözlərinə görə, həmin marşrutda tez-tez sıxlıq, mübahisə və sürücü ilə sərnişinlər arasında gərginliklər yaşanır. O bildirib ki, yer çatışmazlığı səbəbindən insanlar bəzən 20-30 dəqiqə soyuqda növbəti avtobusu gözləməli olurlar:

“Mən hər gün bu marşrutdan istifadə edirəm. 29 nömrəli avtobusda demək olar ki, hər gün hamı bir-birini, sürücünü söyür. Yer olmur, insanlar küçədə dayanıb uzun müddət gözləyirlər. Biz sürücülərə irad bildirəndə deyirlər ki, avtobuslar azdır, bir-ikisi də xarabdır. Hətta bu gün avtobus o qədər dolu idi ki, artıq qapının detalı qopdu. Biz bir müddət açıq qapı ilə yol getdik. Bu nə dərəcədə düzgündür? Orada hadisə baş verə, kimsə yerə yıxıla bilərdi. Çox biabırçı vəziyyətdir. Xahiş edirik, bu avtobusları dəyişsinlər ki, insanlar işə-evə normal gedib-gələ bilsinlər. Avtobuslar balacadır, sərnişinlər isə çoxdur”.

Sərnişin bildirir ki, dəfələrlə aidiyyatı qurumlara şikayət etsələr də, nəticəsi olmur:

“Köhnə avtobuslardır, qara tüstüsü, texniki problemləri çoxdur. Hər kəs də şikayət edir. 4-5 ildir hər yerə müraciət edirik, baxılmır. Üstəlik, bu xətt istiqamətində başqa avtobus olmadığına görə insanlar məcburdur ki, 29 nömrəli avtobusla getsinlər. 29 da öz işini düzgün qurmur. İşdən çıxıb evə gedən vaxt vəziyyət çox biabırçı olur”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərmişik.

Xəbər 843 dəfə oxunub.



09.12.2025  18:52 

Günah Sabir bəydədir...

09.12.2025  17:56 

Namizəd Səfərov saxlanıldı

09.12.2025  15:56 

Kimlər evdən işləyə biləcək?

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi


BÜTÜN XƏBƏRLƏR +