Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


09.07.2025  13:03 

USAİD erası bitdi... - ABŞ hansı mexanizmi tətbiq edəcək?





A+  A-

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) iyulun 1-dən etibarən xarici yardım proqramlarını rəsmi olaraq bağlayıb. Bu proses əslində 6 ay öncədən başlayıb. Prezident Donald Tramp yanvarın 24-də ABŞ-ın xaricə yönəlik yardım proqramlarının araşdırılıb qiymətləndirilməsi üçün sərəncam verib. Sərəncama uyğun olaraq, qarşıdakı 90 gün ərzində ABŞ-ın bütün xarici yardım proqramları dondurulub. Xarici yardımların çatdırılmasında vasitəçi rol oynamış qurumlar üzərində təftişlər başladılıb. Bu kontekstdə araşdırmalara cəlb edilən əsas subyektlərdən biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAİD olub. Yanvarın 27-də agentliyin funksiyası dondurulub, veb-səhifəsinin yenilənməsi dayandırılıb.

Rəsmi açıqlamalara görə, USAİD dayandırıldığı günə qədər, təqribən, 50 milyard dollar məbləğində illik büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatı olub. Quruluş məramnaməsində qeyd edilir ki, bu qurum xarici ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin, demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisat rolunu icra edib. ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən layihələr USAİD vasitəsilə gerçəkləşdirilib. Tramp 24 yanvar sərəncamını imzalayana qədər USAİD 120-yə yaxın ölkədə minlərlə “humanitar yardım proqramları”nı icra edib.

Amma bu, agentliyin fəaliyyəti barədə məlumatın rəsmi versiyasıdır. Məsələ ondadır ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalar icra etməkdən daha çox, ABŞ-ın siyasi maraqlarının təmin edilməsi üçün çalışıb. O, ABŞ-ın hədəfində olan dövlətlərin ərazisində siyasi proseslərə açıq müdaxilələr etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. Ozünün “qrant vəsaitləri”ni daha çox ictimai rəy institutlarına – media subyektlərinə, fərdi jurnalistlərə, QHT-lərə, hətta, siyasi partiyalara yönəldib. Qrantlar üzərindən ictimai rəy institutlarını idarə etməklə, özü barəsində müsbət imic yaradıb, cəmiyyətlərin rəğbətini qazanıb. Belə rəğbətdən faydalanaraq həmin cəmiyyətlər üzərində ABŞ Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin planlarını həyata keçirib. ABŞ-ın direktivlərindən kənara çıxan ölkələrdə siyasi kataklizmlər törədib, hakimiyyət çevrilişlərinə dəstək verib, xaos və dağıntılar törədib. Müasir terminologiya ilə ifadə etsək, USAİD ABŞ-ın ”yumşaq güc” texnologiyası rolunu oynayıb, onun ekspansiya siyasətini icra edən əsas təsisat olub. Təşkilatın veb-səhifəsində açıq tekstlə qeyd edilirdi ki, agentlik “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərib”.

Maraqlıdır, bəs nə baş verdi ki, ABŞ prezidenti bu cür mötəbər bir qurumun bağlanmasına qərar verdi? Dünya mediası yaxın 6 ay müddətində bu suala cavab axtarır. Səbəblərin bir qismini ABŞ-ın yeni dövlət katibi Marko Rubio özünün “X” hesabında açıqlayıb. O, mart ayının 9-da USAİD üzərində aparılan təhqiqatların ilkin nəticələrini elan edib. Bildirib ki, "6 həftəlik araşdırmadan sonra USAID-in icra etdiyi proqramlarda ciddi nöqsanlar aşkar edilib, proqramların 83 faizinin rəsmən ləğv edilməsinə qərar verilib”. Rubionun 9 mart açıqlamasından belə məlum oldu ki, ləğv edilən 5200 müqavilə on milyardlarla dollar məbləğində vəsaiti əhatə edib: “Amma icra edilmiş həmin proqramlar ABŞ-ın milli maraqlarına xidmət etməyib. Bəzi hallarda isə hətta milli maraqlara zərər vurub. Bu cür layihələr, ümumilikdə, USAİD-in icra etdiyi proqramların 83 faizini əhatə edir”.

Dövlət katibi vurğulamışdı ki, problem aşakarlanan, icrası dayandırılan müqavilələrin kəmiyyəti 83 faizdən 92 faizə qədər yüksələ bilər: “Hələlik icrası zəruri sayılan digər 1000 proqrama nəzafət isə USAİD-dən alınaraq Dövlət Departamentinə verilib”.

Amma Marko Rubionun 9 mart açıqlaması USAİD barədə bütün suallara aydınlıq gətirməyib. Araşdırmaçılar hesab edirlər ki, “dövlət katibi ümumi sözlərlə danışıb, gerçək səbəblərin üzərindən keçib”. Məsələn, qeyd olunur ki, USAİD-in ləğv edilməsinin əsl səbəblərindən biri, onun “daxili siyasətə bulaşmasıdır”. Daxili siyasətdə Demokratlar Partiyasının mövqeyindən çıxış etməsidir. Agentliyin cari rəhbərliyi son prezident seçkiləri dönəmində Demokratlar Partiyasının Respublikaçılar üzərində qələbəsi üçün çalışıb. Konkret desək, Donald Trampın seçkilərdə məğlub edilməsi üçün vəsait xərcləyib. Belə ki, Nyu-Yorkun meri və prezident D.Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verib.

USAİD-nin yanlışları təkcə daxili siyasətə baş qoşub kompromat savaşına girişməsi ilə bitmir. O, xarici siyasət kursunda da ciddi qüsurlara yol verib. Xarici ölkələrdə “humanitar yardım” proqramları icra etmək, bu yolla həmin cəmiyyətlərdə ABŞ-a rəğbət formalaşdırmaq əvəzinə, özünün kobud, yanlış siyasəti və davranışları ilə bəzən dost ölkələri də narazı salıb, rəqibə çevirib. Bu fakt dövlət katibi Marko Rubionun açıqlamalarında da öz əksini tapıb.

Hər nə səbəbdən olursa-olsun, USAİD-in fəaliyyəti dayandırıldı. İyul ayının 1-dən etibarən, onun fəaliyyətinə rəsmən xitam verildi. Amma bu, ABŞ-ın qlobal siyasətdə ambisiyalarının yox olması anlamını daşımır. O, “dünya hakimiyyəti” uğrunda savaşını davam etdirir. Bəs bu mərhələdə ABŞ üçün “yumşaq güc” missiyasını kim icra edəcək? ABŞ “yumşaq güc” missiyasını icra edən təşkilatları formatlayırmı? Yoxsa yeni metodologiya tətbiq edir?

Yəqin ki, yaxın günlərdə bu suala da cavab tapılacaq.

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti


Xəbər 418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +