Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?


12.05.2025  13:04 

“Soyundurub videoya çəkiblər” - TƏFƏRRÜAT





A+  A-

Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər.

Hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar.

Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar.

Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində ağ rəngli “Opel” markalı avtomobillə Xaliqin qarşısını kəsiblər. Onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdiriblər. Xaliqi Hövsan qəsəbəsində fərdi yaşayış evinə aparıblar.

Onu orada 3 gün ac-susuz saxlayaraq işgəncələr veriblər. Bunu videoya da çəkiblər. Xaliqin paltarlarını soyunduraraq onu döyüblər, telefonla da lentə alıblar.

Həmin videoda Xaliqin təpik zərbələri ilə vurulması, həmin şəxslərin ona “bariqalıq edirsən ə” demələri, ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən edilib.

İstintaq zamanı məlum olub ku, dəstə üzvləri uzun müddət imiş Xaliqi axtarırmışlar. Onlar Xaliqdən narkotik satdığı üçün aylıq pul almaq istəyirmişlər.

Dəstə üzvləri Xaliqi Qönçə adlı qadının xəbər verməsi ilə tapıblar. Belə ki, Qönçə ilə Xaliq bir müddət sevgili kimi birlikdə yaşayıblar. Onların hər ikisi narkotik vasitədən istifadə edirmiş. Bir müddət sonra Xaliqlə Qönçənin münasibətləri pozulub. Xaliq Qönçəni qısqanmağa və döyməyə başlayıb. Qönçə Xaliqdən qisas almaq üçün onun yeri barədə Vaqifə məlumat verib. Vaqifgil Xaliqi Qönçənin evinin qarşısında tutublar. Hətta Xaliqi maşına əyləşdirib əllərini bağlayanda görüntülü olaraq Qönçəyə zəng də ediblər.

Qönçənin ifadəsindən hadisənin digər təfərrüatları da məlum olub.

“Xaliqdən canımı qurtarmaq istədiyim üçün Vaqfigilə dedim. Vaqfigil Xaliqi tutanda videogörüntü ilə zəng etdilər. Həmin vaxt yanımda Arzu da var idi. Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmişdi. Onu yumruqlarla vuraraq döyürdülər. Bir də zəng edəndə Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə idi. Vaqif Xaliqdən “Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram” deməsini tələb edirdi. Xaliq bu sözü demədikdə Vaqif dəmir parçası ilə onu vururdu.

Həmin vaxt Vaqif məndən tələb etdi ki, telefonu Arzuya verim. Arzu da narkotik satışı ilə məşğul idi. Vaqif Arzuya dedi ki, ayda 500 manat verməsə, onu da Xaliqin gününə salacaqlar, saçını qırxacaqlar. Arzu da razılaşdı. Pulu gəlib bizim evdən apardılar”- deyə Qönçə hadisə haqda danışarkən deyib.

Qönçənin sözlərinə görə Vaqifgil Xaliqi sərbəst buraxmaq üçün 5 min manat istəyiblər. Xaliqin pulu olmadığı üçün ona 5 min manatlıq narkotik veriblər ki, sataraq pulunu onlara ödəsin.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan Vaqif istintaq zamanı Qönçənin dediyi kimi ifadə verib. Necə işgəncə görməsini, oğurlanmasını danışıb. Lakin məhkəmədə bütün bunları təkzib edib və şikayətçi olmadığını deyib.

Xaliq istintaq zamanı verdiyi ifadəsində bunları deyib: “Gözlərim bağlı olduğu üçün kimlərin döydüyünü görmədim. Yerdə uzanıqlı olanda “bita” ilə vururdular. Huşumu itirmişdim. Ayılanda Vaqifin Qönçə ilə görüntülü danışdığını eşitdim. Qönçəyə “necədir? Yaxşıdır? Yoxsa biraz da döyüm?” deyirdi. Qönçə “bəsdir” cavabını verdi. Sonra Qönçə telefonu Arzuya verdi. Arzu “mənim şəkərim var. Baxa bilmərəm” dedi”.

Xaliq istintaqda dindirilən zaman əlavə edib ki, Vaqif telefonda “şəmkirli” deyə müraciət etdiyi şəxslə danışanda ondan yeni işgəncə variantları öyrənibmiş: “Vaqif danışanda deyirdi ki, buna nə edim ki, pul versin? Həmin şəxs də Vaqifə “barmağını kəsin” dedi. Taxta gətirib əllərimi həmin taxtanın üzərinə qoydular. Vaqif xəncəri çıxarıb “ya barmağın, ya pul” dedi. Pulumun olmadığını dedim. Xəncəri bir balaca barmağıma sürtdü. Barmağım biraz qanadı. İşgəncələrdən yemək yeyə bilmirdim. Ancaq su içirdim. Ağzımdan qan gəlirdi. Pulumun olmadığını biləndə Vaqif dedi ki, 5 minlik amrixuana verəcək. həmin narkotiki satıb pulunu ona verməyimi istədi. Məni buna görə buraxdılar”.

Sonrakı görüşdə Xaliq Vaqifgilin dediyini etməyib. Bundan sonra onun videoları iranlı instagram istifadəçisi tərəfindən ona göndərilib və “bundan da betər olacaqsan” deyə mesaj yazılıb.

Xaliq məhkəmədəki ifadəsində istintaq zamanı dediklərini inkar edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil. Onun sözlərinə görə Vaqifgilin onu döyməkdə, videoya çəkməkdə pis niyyətləri olmayıbmış...

Məhkəmənin hökmü ilə Vaqif 9 il, dəstənin digər üzvləri Elxan və Əli isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər./Musavat.com

Xəbər 41 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +