Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı


13.05.2025  11:56 

Azərbaycanlıya işgəncə verənlərə cəza verildi





A+  A-

Türkiyənin Zonguldak Universitetində təhsil alan azərbaycanlı tələbə Əli S.K.-ya qarşı zorakılıq, işgəncə və cinsi təcavüzdə təqsirləndirilən 6 nəfər barəsində Zonguldak 3-cü Ağır Cəza məhkəməsində hökm çıxarılıb. məhkəmənin qərarına əsasən, Ayhan Küçükdere 40 il, Mehmet Can Aslaner isə 31 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə isə 2 ildən 8 il 6 aya qədər həbs cəzaları verilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hadisə iki il əvvəl baş verib. Əli S.K. polisə müraciət edərək üzvü olduğunu iddia etdiyi narkotik dəstəsinin digər üzvləri tərəfindən döyüldüyünü, cinsi təcavüzə və fiziki işgəncəyə məruz qaldığını bildirib. Ayhan Küçükdere, oğlu Samet Küçükdere və Mehmet Can Aslaner həbs edilib. Hakan C. və Ferdi O. isə ilkin mərhələdə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Daha sonra zərərçəkmiş Əli S.K. polis müşayiəti ilə Azərbaycana geri göndərilib.

Zəhra
XezerNews.az



Xəbər 104 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +