Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


08.10.2025  12:42 

Gömrükdən daxilolmalar niyə azalıb?





A+  A-

“Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan biri də DGK xətti ilə dövlət büdcəsinə daxilolmalarının azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar–sentyabr aylarında DGK xətti ilə büdcə daxilolmaları 4 milyard 748 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, proqnozdan isə 1,6% azdır”.

XəzərNews.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, azalmanın səbəbləri barədə DGK-ın hər hansı açıqlaması olmadığı üçün bununla bağlı yalnız ehtimal olunan izahları qeyd etmək mümkündür:

“Ən çox ehtimal olunan səbəb kimi idxal həcmlərinin azalmasını qeyd etmək olar. Adətən iqtisadi inkişaf mərhələsindəki ölkələrdə idaxl azalırsa bunun səbəbi, qlobal bazarlarda qiymətlərin stabilləşməsi, yerli istehsalın artması və bəzi məhsullar üzrə idxal əvəzlənməsi olur. İdxalın azalmasının digər səbəbi isə iqtisadi yox, inzibati faktorlarla bağlı olur. Məsələn büdcə xərclərinə nəzarətin gücləndirilməsi məqsədilə inzibati tənzimləmələrlə əlaqələndirilə bilər.

Gömrük daxil olmalarının azalmasılnın nəzəri olaraq ikinci səbəbi manatın sabit məzənnəsi şərtləri daxilində ticarət strukturundakı dəyişikliklər ola bilər. Yəni idxalda dəyəri yüksək, amma gömrük rüsumu aşağı olan malların payı arta bilər.

Eyni zamanda gömrükdə güzəştlərinin geniş tətbiqi də nəzəri olaraq daxil olmaları azaldan səbəb kimi qeyd etmək olar. Bu güzəştlər xüsusilə işğaldan azad edilmiş ərazilər, azad iqtisadi zona və sənaye parkları çərçivəsində icra edilir”.

İqtisadçı qeyd edib ki, bu azalma qısamüddətli tendensiya da ola bilər:

“Əgər belədirsə, növbəti aylardakı ticarət dövriyyəsinin dinamikası ilə göstəricilərin yenidən artması ehtimalı vardır”.

Xəbər 931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +