Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


10.09.2025  14:27 

“Nar” şəhid övladlarını sevindirdi - FOTO





A+  A-

15 sentyabr – Bilik günü ərəfəsində “Nar” sosial tərəfdaşlıq çərçivəsində “YAŞAT” Fondunun təşkil etdiyi ənənəvi “Məktəbli ləvazimatları” layihəsinə qoşulub. Artıq beşinci dəfə gerçəkləşən bu təşəbbüs şəhid övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmağı hədəfləyir.

XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində 1–11-ci siniflərdə təhsil alan 900-dən çox şəhidin 1500-dək övladına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilib. Respublikanın bütün bölgələrini əhatə edən bu dəstək məktəblilərin təhsil yolunda zəruri vasitələrlə təmin olunmasına və onların gələcəyə daha böyük ümidlərlə addımlamasına xidmət edir.

Qeyd edək ki, “Nar” davamlı olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə və qazilərimizə dəstək göstərən layihələrə töhfə verir. Bu istiqamətdə reallaşdırılan sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. Şəhid övladlarının təhsildə bərabər imkanlarla irəliləməsi, onların potensialının inkişafı və gələcəkdə cəmiyyətin fəal üzvü kimi formalaşmasına dəstək vermək mobil operator üçün xüsusi əhəmiyyət kəsb edir.

“Nar”ın dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.





Xəbər 1084 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +