Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


18.07.2025  10:14 

Rüşvət vermədiyi üçün tikilisi sökülüb - Video





A+  A-

Füzuli rayonunda 44 günlük Vətən müharibəsi qazisinin səsləndirdiyi iddialar gündəm olub.

Rayon sakini, qazi Quliyev Şahin Famiq oğlu Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyini qanunsuzluqda ittiham edib.

Qazinin sözlərinə görə, o, şəxsi vəsaiti hesabına inşa etdiyi obyektin sökülməsi ilə üzləşib. Qazi iddia edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yalnız “pul verənlərə” obyekt tikintisinə icazə verir, lakin o, rüşvət vermədiyi üçün inşaat işləri dayandırılıb və tikili sökülüb.

Quliyev Şahin şikayətində Memarlıq və Tikinti şöbəsinin müdiri Natiq Ağayevin ondan pul tələb etdiyini bildirib.

“Pulu olan rahat tikinti aparır, heç kim ona mane olmur. Amma mən qaziyəm, rüşvət vermədim deyə, obyektimi sökdülər”, – deyə Şahin Quliyev videomüraciətində qeyd edib.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, Füzuli Rayon İcra Hakimiyyətindən hər hansı cavab almaq mümkün olmayıb. (Tribunainfo.az)



Xəbər 215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +