Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


28.09.2025  14:50 

Milli yaddaşa sayğısızlıq və səfirliyin biganəliyi...- Estoniyadakı azərbaycanlılar rəzalətdən necə döndü?





A+  A-

27 sentyabr – Azərbaycan xalqının müqəddəs Anım Günüdür. Bu gün biz Vətən müharibəsində qəhrəmancasına canından keçmiş şəhidlərimizi yad edir, onların müqəddəs xatirəsi önündə baş əyirik. Hər bir azərbaycanlı üçün bu tarix qürur, kədər və ehtiramla dolu bir gündür. Təəssüf ki, Estoniyada bəzi şəxslər bu günün dərin mənasına sayğı göstərmədən əyləncəli tədbirlər keçirməyə cəhd ediblər.

Belə ki, 27 sentyabr səhər saat 10:00-da Estoniyada yaşayan azərbaycanlı Sənəm Əliyeva “Azərbaycan nağılı–əfsanəsi” adlı mühazirə keçirməyi, axşam saat 18:00-da isə özünü Estoniyada Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri kimi təqdim edən rəssam Rövşən Quliyev (Nur) “Azərbaycan şənliyi” təşkil etməyi planlaşdırıbmış. Hətta bu "zəngin" proqrama rəqslər, musiqi, yeməklər və hətta alkoqollu içkilər də daxil edilibmiş.

Diasporun etirazı və səfirliyin mövqeyi

Hər iki azərbaycanlının bu "tədbirlər silsiləsi"nə diaspor üzvləri dərhal etirazlarını bildiriblər. Amma təşkilatçılar əvvəlcə yalnız tədbirin adını dəyişməyin mümkün olduğunu, vaxtı isə dəyişə bilməyəcəklərini söyləyiblər. Beləliklə, tədbir “Azərbaycan gecəsi” adı ilə təqdim olunub. Onların iddiasına görə, bu qərar Azərbaycan səfirliyi ilə məsləhətləşərək qəbul edilib.



Hətta Folklor İnstitutu da təsdiqləyib ki, səfirliyin tədbirdən xəbəri var və hətta bu barədə birgə müzakirələr də aparılıb. Daha da acınacaqlısı odur ki, səfirliyin əməkdaşı Samir Allahverdiyev sosial şəbəkədə tədbirdə iştirak edəcəyini açıqlayıb. Bu isə ondan xəbər verir ki, səfirlik əvvəlcədən hər şeydən xəbərdar olsa da susmağa üstünlük verib.

Təxribat, yoxsa milli günə sayğısızlıq?

İddia olunur ki, bu cür təşkilatlar təkcə Azərbaycandakı bəzi qurumlar tərəfindən deyil, Estoniyadakı dairələr tərəfindən də maliyyələşdirilir. Bu da problemin miqyasının düşündüyümüzdən daha geniş olduğunu göstərir.



Ən acınacaqlısı isə odur ki, Azərbaycan mədəniyyətini tanıtmaq üçün yaxşı bir ideya səriştəsiz yanaşma nəticəsində zədələnib. Tədbirlə bağlı Facebook səhifəsində anım tədbirinə 400-dən çox iştirakçı maraq göstərmişdi və onların əksəriyyəti də eston olub. Yəni, adəti üzrə "özümüz çalıb, özümüz oynamayacaqdıq". İndi isə həmin insanlar çaşqınlıq içindədirlər – tədbirin niyə ləğv olunduğunu anlamırlar? Halbuki, əgər tədbir diaspora ilə məsləhətləşərək hazırlansaydı, onu ya Anım Günü ruhuna uyğunlaşdırmaq, ya da başqa bir tarixdə təşkil etmək mümkün olardı.

Üstəlik, Tallində 20–28 sentyabr tarixlərində keçirilən Milli Mədəniyyətlər Günləri çərçivəsində başqa tarix seçmək imkanı da var idi.

Təşkilatçı eqoizmi, yoxsa...

İddia olunur ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Rövşən Quliyev nə bir paylaşım edib, nə də hansısa tədbir keçirib. Belə həssas məqamda susan bir şəxsin illər sonra məhz Anım Günündə əyləncəli “şənlik” planlaşdırması Estoniyada yaşayan azərbaycanlılar üçün rəzalətdən başqa bir şey deyil.



Əlbəttə, Estoniyada yaşayan diaspor fəallarının gərgin etirazlarından sonra 26 sentyabrda, tədbirə cəmi bir gün qalmış, təşkilatçılar tədbiri tamamilə ləğv etməyə məcbur olublar. Diasporamızın birliyi və qətiyyəti sayəsində milli ruhumuza, şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlik edilməsinin qarşısı alınıb.

N.Oruclu
XəzərNews.az




Xəbər 1054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +