BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO


06.05.2025  11:04 

Milyonluq tenderlərin qalibi - “VNM Servis”





A+  A-

Dövlət qurumlarının tender keçirməsi qanunla müəyyən edilmiş haldır. Daha dəqiq desək, bu qurumlar ehtiyacları olan şeyləri almaq üçün tender keçirmək məcburiyyətindədirlər.

Bəzən bu tenderlərdə eyni şirkətin elə eyni qurumların tenderlərini udduğunun şahidi oluruq.

Eyni zamanda, bir çox şirkətlərdən fərqli olaraq, bəzi şirkətlərə daha çox imkanlar yaradılır. Bu yöndə apardığımız araşdırmalardan biri “VNM Servis” MMC ilə bağlıdır. Bu şirkət son 5 ayda 3 tenderin qalibi olub. Həmin tenderlər üzrə bağlanan müqavilələrin ümumi dəyəri isə 1 milyon 55 min 599 manat təşkil edib.

Qeyd edək ki, “VNM Servis”in son qatıldığı tender bu günlərdə qeydə alınıb. Mayın 5-də baş tutmuş tenderin nəticəsinə görə, şirkət Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyatı İdarəsinə 69.880 manatlıq avtomobil ve mexanizmlərin ehtiyyat hissələri ve sürtkü yağları satacaq.

Bundan iki gün öncə isə sözügedən şirkət Gəncə MKTB ilə anlaşıb. Gəncə İcra Hakimiyyətini tabeliyində olan qurumla nəqliyyat vasitələrinə sürtgü yağlarının, təkərlərin, akkumulyatorların və ehtiyat hissələrinin satınalınmasına dair müqavilənin dəyəri isə 348 min 931 manat olub.

Şirkət mayın 5-də daha bir tenderin qalibi olub. Bu dəfə “VNM Servis” Dövlət Sərhəd Xidməti ilə anlaşıb. MAZ-531605 markalı yük avtomobilləri üçün ehtiyat hissələri almağı əhatə edən bu anlaşmanın dəyəri isə 636 min 788 manat olub.

Bildirək ki, araşdırmalar zamanı “VNM Servis” şirkətinin 2024-cü ildə hər hansı tenderə qatıldığı barədə məlumat əldə etmək mümkün olmayıb. Lakin 2023-cü ildə bu şirkət Meliorasiya Və Su Təsərrüfatı QSC-nin 45 gün ərzində 33 tenderinin qalibi olub. Həmin il qurumun bütün yerli şöbələrinin keçirdiyi tenderi udan şirkət bundan 1 milyon manatdan çox pul qazanıb.

Dövlət Vergi Xidmətinin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VNM SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, SUMQAYIT ŞOSSESİ (BİLƏCƏRİ QƏS.), ev 5, MOSKVA PR. qanuni təmsilçisi kimi isə Nağıyev Vüqar Məhəmməd oğlu qeyd olunub.

MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğlunun barəsində də açıq mənbələrdə məlumatlar yoxdur./Tribunainfo.az



Xəbər 1368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +