İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir


29.07.2019  14:27 

Bakıda dünən 4 dost dənizdə boğuldu - 2 gün əvvəl toyu olubmuş...





A+  A-

İyulun 28-də Pirşağı çimərliyində 4 nəfər batıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, dənizdə boğulanlar dost olublar. Onlar Sabunçu rayonu Kürdəxanı kənd sakinləridir.

Məlumata görə, onlardan ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb, cənazələri ailə üzvlərinə təhvil verilib. Axşam saatlarından FHN əməkdaşları araşdırmaları davam etdirir.

Onların tapılıb-tapılmaması barədə hələ ki, dəqiq məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən gənclərin yanında daha 3 dostu olub. Onların hamısı eyni anda boğulmaq təhlükəsi ilə üz-üzə qalıblar. 3 nəfər dənizdən çıxa bilsə də, 4 nəfər suda boğulub.

Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.

Qeyd edək ki, dünən Bakıda ümumi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişib.

Xəbər 2074 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +