Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakət yaratdı: Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb
Eks-bankir və ailəsi əmlakları necə gizlədib? - Video
Jurnalist Ülviyyə Əli saxlanılıb


26.03.2019  11:38 

“İki helikopter cəlb olunub, biri də gəlir” - Heydərov hadisə yerində





A+  A-

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən güclü yanğın davam edir.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Onlar yanğının söndürülməsinin gedişatı ilə maraqlanırlar.

***

Nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu açıqlayıb: “İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb. Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.

Bundan əlavə, K. Heydərov sahibkarlara kompensasiya verilməsinə isə belə münasibət bildirib: “Hər bir obyektin sahibi mallarını siğortalamalıdır. Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı prosesslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm”.

Xəbər 1188 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +