“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


07.07.2018  11:34 

Yardımlı meşəsindəki yanğın məhdudlaşdırıldı





A+  A-

İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var. Hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir.

Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlı ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Xəbər 1911 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +