Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


21.05.2018  09:45 

“Təxribatı əvvəlcədən planlaşdırıblar”





A+  A-

“Naxçıvan istiqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik”.
XəzərNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. O qeyd edib ki, bu hadisənin baş verməsi təsadüfi deyil: “ Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar. Bu Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi. Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır”.

Xəbər 2029 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +