200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.04.2022  21:07 

Jurnalist deputatı məhkəməyə verib - Azərbaycanda





A+  A-

“Reaksiya TV”nin rəhbəri Zaur Qəriboğlu deputat Cavanşir Feyziyevi məhkəməyə verib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Qəriboğlu millət vəkilinin onun barəsində böhtan xarakterli məlumat yaydığını iddia edib.

C.Feyziyev barəsində Yasamal Rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub. Zaur Qəriboğlu Feyziyevi Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edib.

Məhkəmə iddianı aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərib. İddiaya yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu. Bundan sonra C.Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi. Daha sonra isə paylaşımı silmişdi.

Xəbər 1899 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +