200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.11.2021  10:36 

Tovuzda dəhşətli qəza - ölən var - Fotolar





A+  A-

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Düzqırıqlı kəndində qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı avtomobil toqquşub. Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb.

Qəza nəticəsində 6 nəfər – 1998-ci il təvəllüdlü Aslanova Ayşə Vidadi qızı, 1991-ci il təvəllüdlü Alıyev Sabir Məzahir oğlu, 1963-cü il təvəllüdlü Məmmədova Rəna İdris qızı, 1992-ci il təvəllüdlü Həsənov Əmrah Şəhadət oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Siyavuş Aslan oğlu və 1997-ci il təvəllüdlü Əliyev Fəzail Məzahir oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.





Xəbər 3035 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +