200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.11.2021  18:01 

Kəlbəcərdə gərginlik - Atışma davam edir - Rəsmi





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbər 2423 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +