200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


10.11.2021  12:15 

Sərnişin qatarını daşa basanlar saxlanıldı - Foto/Video





A+  A-

Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb.

Daxili İşlər Nazirliyindən XezerNews.az-a verilən məlumata görə, nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb.

Eyni hal car ilin noyabr ayının 4-ü və 6-sı iki dəfə təkrarlanıb.

Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən hadisələri törədən şəxslər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.

Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.





Xəbər 1788 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +