200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


04.11.2021  11:20 

Salyanda narkotacir saxlanıldı





A+  A-

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan XezerNews.az-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış məqsədilə qablaşdırılmış 1,6 qram metamfetamin, 11 qramdan çox heroin və 3 qrama yaxın marixuana, yaşadığı evdən işə 255 qram heroin və 475 qram marixuana aşkarlanıb.

R.İbrahimov dindirilərkən qanunazidd əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər 1422 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +