200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


01.11.2021  13:44 

Beyləqanda əməliyyat: Silah-sursat tapıldı





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkarlanması istiqamətində növbəti əməliyyat həyata keçiriblər.

XezerNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş İdarəyə Beyləqan rayonunun Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs keçirilən təxirəsalınmaz tədbir nəticəsində yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd daraq, bir ədəd süngü bıçaq, iki ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Z.Əhmədli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.



Xəbər 1497 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +