200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


30.10.2021  13:48 

“Batya” saxlanıldı - Video





A+  A-

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.

XezerNews.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Fuad Quliyev tutulub. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotk vasitəni “Batya” kimi tanıdığı şəxsdən aldığını bildirib.

Nərimanov RPİ-nin əməkdaşları tərəfindən əməliyyatın davamı olaraq həyata keçirdikləri tədbir zamanı narotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucov da tutularaq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 900 qrama yaxın satış üçün hazır şəkildə qablaşdırdığı heroin və elektron tərəzi aşkar edilib.

Bəxtiyar Orucov izahatında Nərimanov rayonu ərazisində əsasən gənclər arasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.




Xəbər 1615 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +