200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.10.2021  17:17 

Sədrin avtomobilini cərimə meydançasına aparanlar cəzalandırılıb





A+  A-

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun Şuşaya gedərkən avtomobilini cərimə meydançasına aparan dövlət yol polisi əməkdaşlarını cəzalandırıb.

Onlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

Partiya sədrinin hadisə baş verən gün - oktyabrın 7-də reydin qanunsuz keçirilməsi ilə bağlı sosial şəbəkə üzərindən Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciət araşdırılıb.

İdarədən bildirilib ki, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə dövlət yol polisi əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

A.Şakiroğlu açıqlamasında deyib ki, yaranmış qanuna zidd və xoşagəlməz hadisə üzücüdür.

"Çalışmaq lazımdır ki, bu tip qanuna zidd və əsassız saxlamalar, vətəndaşları yormaq kimi hallar olmasın. Hər zaman obyektiv və qərəzsiz olmağa çalışan insanam. Neqativləri dilə gətirdiyim kimi pozitiv, müsbət addımları da hər zaman söyləyirəm. Obyektiv tənqidin cəmiyyətimizi inkişaf etdirdiyini düşünürəm. Daxili İşlər Nazirliyinin rəhbərliyinə, şəxsən nazir Vilayət Eyvazova, general Ramiz Zeynalova və DİN İctimaiyyətlə əlaqələr şöbəsinin bütün əməkdaşlarına təşəkkür edirəm. Problemin dərhal nəzarətə götürülüb, xidməti yoxlamaya başlanılması, vəzifələrinin icrası zamanı nöqsana yol vermiş DYP əməkdaşlarının cəzalandırılması haqqında qərarın qəbul edilməsi bir daha göstərir ki, Daxili İşlər Nazirliyi şikayətlərin araşdırılmasında, dərhal reaksiya verilməsində ən operatividir. İnanmaq istərdim ki, bu kimi neqativ hallar bir daha olmayacaq". /Pravda.az/

Xəbər 1433 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +