200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.10.2021  10:55 

Dini bayraqlarla toy karvanı təşkil edənlər saxlanıldı





A+  A-

Bakıda dini bayraqlarla toy karvanı təşkil edən şəxslər saxlanılıb. Onlardan birinin axtarışda olduğu məlum olub.

XezerNews.az DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Karantin rejimi qaydalarını pozaraq yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün toy şənliyi təşkil edən Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılıb. Şənlikdə iştirak edənlərin bir neçəsinin COVID-19 pasportu olmadığı üçün onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə meydançasına aparılıb. Toy iştirakçılarından olan Füzuli Malıyevin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər 1511 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +