200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.10.2021  12:22 

Özünü nazirlik işçisi kimi təqdim etdi və...





A+  A-

Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.

XezerNews DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.

Faktla bağlı cinayət işiaşlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəbər 1754 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +