Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb


29.04.2020  11:09 

“2020-ci ilin apreli neft sənayesi tarixinin ən ağır dövrüdür”





A+  A-

“2020-ci ilin aprel ayı neft sənayesinin ən ağır dövrü kimi tarixə düşə bilər”.
XəzərNews.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak açıqlama verib.

O bildirib ki, hazırda dünya əhalisinin üçdə ikisi karantin rejimində yaşayır və buna görə də yanacaqdoldurma məntəqələrində tələbat, hava limanlarında kerosin istehlakı və neft emalı zavodlarında yükləmə çox azalıb. Belə ki, dünya üzrə gündəlik təlabat 100 milyon barreldən 70-80 milyon barrelə qədər düşüb.

Bununla belə, bu rejimin nə vaxt bitəcəyi, iqtisadiyyatların hansı sürətlə bərpa olunacağı və müvafiq olaraq məhdudlaşdırıcı tədbirlərin qaldırılacağı və tələbatın necə artacağı hələ ki, məlum deyil.

Nazir qeyd edib ki, hətta neft-kimya sənayesində belə neftə olan tələbat əhəmiyyətli dərəcədə azalıb.

“Məncə, aprel, bəlkə də bütün neft sənayesi tarixində ən ağır ay kimi yadda qalacaq”, - deyə Novak bildirib.

Xəbər 1999 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +