Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


18.04.2020  14:46 

“Toyota“ 250 mindən çox avtomobili geri çağırır





A+  A-

"Toyota" şirkəti Çində 256 mindən çox avtomobili geri çağırır.
XəzərNews.az-ın məlumatına görə, qərar aşağı təzyiqli yanacaq nasosunda qeydə alınan qüsurlarla əlaqədardır.

Mütəxəssislərin fikrincə, bu qüsur hərəkət zamanı mühərrikin sıradan çıxmasına və sürücü ilə sərnişinlərin həyatını təhlükəyə atmasına səbəb ola bilər.

Qeyd olunur ki, geri çağırılma Çinə idxal olunan 60 minədək "Lexus", eləcə bu ölkədə istehsal olunmuş 200 minədək "Camry", "Coaster", "Corona", "Highlander", "Land Cruiser" və "Prado" modellərinə şamil edilir.

Bütün geri çağırılan avtomobillər 2013-2019-cu illərdə istehsal olunub.

Şirkət yanacaq nasoslarını ödənişsiz olaraq dəyişməyə hazır olduğunu bildirib.

Xəbər 1750 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +